Çinli alimlər qan dövranındakı xərçəng hüceyrələrini seçərək tutan eksperimental cihaz hazırlayıblar. Siçanlar üzərində aparılan sınaqlarda sistem kimyaterapiya ilə birlikdə istifadə edildikdə daha yaxşı nəticə göstərib.
“Bakupost” xəbər verir ki, Şanxay Ciao Tonq Universitetinin rəhbərlik etdiyi tədqiqat qrupu tərəfindən hazırlanan cihaz xərçəng hüceyrələrini qandan ayıraraq onların digər orqanlara yayılmasının qarşısını almağı hədəfləyir.
Laboratoriya sınaqlarında cihaz bəzi xərçəng hüceyrələrinin 99 faizdən çoxunu tutub. Siçanlar üzərində aparılan dörd həftəlik təcrübədə kimyaterapiya ilə birlikdə tətbiq edilən üsulda sağ qalma göstəricisi 50 faiz olub. Təkcə kimyaterapiya və ya cihazla müalicə alan qruplarda bu göstərici 20 faiz təşkil edib.
Tədqiqat hələ ilkin mərhələdədir. Cihazın insanlarda istifadəsi üçün daha geniş sınaqlar və təhlükəsizlik yoxlamaları tələb olunur.
Vüsalə Hüseynova,
BakuPost