Ru
15:38 / 11 Noyabr 2026

İsraildə hökumət dəyişikliyi və Türkiyə ilə gərginlik: Ritorika dəyişə bilər, bəs dövlət maraqları?

İsraildə hökumət dəyişikliyi və Türkiyə ilə gərginlik: Ritorika dəyişə bilər, bəs dövlət maraqları?
Eye

“Ankara ilə Təl-Əviv arasındakı münasibətlərin gələcəyi “Yaşar” Partiyasının lideri Qadi Ayzenkot tərəfindən qurula biləcək yeni İsrail hökumətinin növbəti addımları ilə müəyyən ediləcək”.

“Bakupost” xəbər verir ki, bunu Türkiyə kəşfiyyatının rəisi İbrahim Kalın deyib.

O bildirib ki, Türkiyə yeni İsrail kabinetinin formalaşdırılması ilə bağlı danışıqları yaxından izləyir.

Türkiyə kəşfiyyatı rəisinin sözlərinə görə, Eyzenkot hökumətinin hərəkətləri lakmus kağızı xarakteri daşıyacaq: onlar Ankara ilə Təl-Əviv arasındakı mövcud gərginliyin bütün İsrail dövlətinin siyasətini təmsil edib-etmədiyini, yoxsa yalnız baş nazir Benyamin Netanyahunun siyasətini əks etdirdiyini ortaya qoyacaq.

Görəsən, Eyzenkot hökuməti formalaşarsa, İsraillə Türkiyə arasında yaşanan gərginliyə son qoyula, heç olmasa səngiyə bilərmi?

Siyasi şərhçi Mehman Əliyev “Bakupost”a bildirib ki, İsraillə Türkiyə arasındakı mövcud gəginliyi əslində hökumətlərlə əlaqələndirmir:

“Hər bir dövlətin strateji baxışları var və hökumətlərin dəyişməsilə bu baxışların operativ şəkildə dəyişməsi də baş vermir. Ona görə də hesab etmirəm ki, burada hər şey şəxsi zəmində formalaşır. Dövlətin strategiyası, hədəf və məqsədləri mövcuddur. Məsələyə də məhz bu prizmadan baxmaq lazımdır. Türkiyə ilə İsrail arasındakı münasibətlər hökumətlərin dəyişməsindən asılı olmayaraq, yenə də həmin milli baxış, milli strategiya, milli təhlükəsizlik əsasında davam edəcək”.

Müsahibimiz əslində İsraillə Türkiyə arasında ciddi problemlərin olmadığı qənaətindədir:

“Ritorikanı kənara qoysaq, iqtisadi münasibətlər, təhlükəsizlik əlaqələri davam edir, heç nə dəyişməyib. İki ölkə arasında münasibətlər İran, Livan, Suriya, Yəmən məsələləri çərçivəsində cərəyan edəcək. Bu münasibətlərin daha yaxşı olub-olmayacağı bütünlüklə həmin çərçivədən asılıdır. Hələliksə, elə də ciddi problemlər görmürəm. Çünki tərəflər regionda stabilliyin, inkişafın olmasında maraqlıdır. Sadəcə olaraq, hər bir dövlət öz milli maraqları, təhlükəsizlik strategiyasından çıxış edir ki, buna da normal baxmaq lazımdır”. İsraildə yeni hökumətin formalaşması ilə tərəflərin bu fonda maraqları toqquşa da, hardasa üst-üstə düşə də bilər”.

Müsahibimizin fikrincə, tərəfləri birləşdirən bir məsələ var ki, o da hamının regionda sülh və əmin-amanlığın olmasına çalışmasıdır:

“Hesab edirəm ki, bu zəmində də onlar əməkdaşlıq edəcəklər”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar