Ru
16:54 / 11 Noyabr 2026

Məktəblər üçün yeni texniki dəstək xətti fəaliyyətə başladı

Məktəblər üçün yeni texniki dəstək xətti fəaliyyətə başladı
Eye

Elm və Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrinin inzibati heyət üzvlərinin müraciətlərinin operativ cavablandırılması və texniki məsələlərin həllinə kömək göstərilməsi məqsədilə 146-4 dəstək xətti istifadəyə verilib.

Bu barədə "Bakupost"a nazirlikdən məlumat verilib.

Bildirilib ki, dəstək xətti vasitəsilə ümumi təhsil müəssisələrinin rəhbərləri və inzibati heyət üzvləri müəssisələrin texniki təminatı və elektron jurnaldan istifadə ilə bağlı qarşılaşdıqları məsələlər barədə müraciət edə biləcəklər.

Müraciətlər aşağıdakı istiqamətləri əhatə edəcək:

- Ümumi təhsil müəssisələrində internet bağlantısı ilə bağlı məsələlər;

- Elektron jurnaldan istifadə zamanı yaranan sual və çətinliklər;

- Ümumi təhsil müəssisələrində qarşıya çıxan digər texniki məsələlər.

Yeni dəstək xətti ümumi təhsil müəssisələrinin rəqəmsal xidmətlərdən istifadəsi zamanı qarşılaşdıqları texniki çətinliklərin operativ şəkildə aradan qaldırılmasına xidmət edir.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar