Ru
21:20 / 11 Noyabr 2026

Danışıqlar bitdi, Lavrov Zelenskiyə “od püskürdü”

Danışıqlar bitdi, Lavrov Zelenskiyə “od püskürdü”
Eye

Əbu-Dabidə keçirilən danışıqlar müsbət keçib, lakin Ukrayna Prezidenti Volodimir Zelenski öz oyununu oynayır.


"Bakupost" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

O, üçtərəfli danışıqlar formatını ən məqsədəuyğun variant adlandırıb və görüş iştirakçılarının konkret məsələləri müzakirə etməyə kökləndiyini qeyd edib.

Lavrovun sözlərinə görə, tərəflərin danışıqlardan sonra verdiyi açıqlamalar ümumilikdə müsbət olub.

“Hazırda Zelenskini nəzərə almıram. O, daim öz oyununu oynayır”, – nazir vurğulayıb.

Lavrov əlavə edib ki, Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinskinin geri qayıtmasından sonra danışıqlarla bağlı ətraflı hesabat gözləyir.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar