Dövlət Komitəsinin vəzifəli şəxsi işdən çıxıb.
“Bakupost” Yurd.Media-ya istinadla xəbər verir ki, Dövlət Statistika Komitəsinin Dayanıqlı inkişaf statistikası şöbəsinin müdir müavini Famil Nəcəfzadə vəzifəsindən ayrılıb.
O, 2023-2026-cı illərdə bu vəzifədə çalışıb. Eyni zamanda Statistik məlumatların kompleks təhlili sektorunun müdiri vəzifəsində işləyib.
Famil Nəcəfzadə 2022-ci ilin iyunundan 2023-cü ilin sentyabrınadək Bakı şəhər Statistika İdarəsinin rəis müavini, 2019-cu ilin oktyabrundan 2022-ci ilin iyununadək Həyat keyfiyyəti statistikası sektorunun müdiri, 2018-ci ilin iyunundan 2019-cu ilin oktyabrınadək isə həmin idarədə məsləhətçi olub.