Bakı–Tiflis qatarının açılması Türkiyəyə gediş-gəlişi də ucuzlaşdıra bilər. Bildirilir ki, sərnişinlər Tiflisə gedərək oradan qonşu ölkəyə keçə biləcəklər. Bu baxımdan, dolayı yolla Türkiyəyə quru yolunun açıldığını demək mümkündür. İndiki mərhələdə bir azərbaycanlının Türkiyəyə quru yolu ilə səfərinin təxmini nə qədər başa gələcəyi və bu vəziyyətin turizmə necə təsir göstərəcəyi sual doğurur.
Bakupost.az xəbər verir ki, globalinfo.az-a danışan turizm üzrə ekspert Ceyhun Aşurov Bakı–Tiflis qatarının istifadəyə verilməsinin Türkiyəyə səfərləri müəyyən qədər ucuzlaşdıra biləcəyini bildirib:
“İstənilən halda dəmir yolu nəqliyyatının qiyməti hava yolu biletindən daha aşağı olur. Gürcüstana səfər edənlərin sayı da arta bilər. 2019-cu ildə təxminən 1 milyon 600 min Azərbaycan vətəndaşı Gürcüstana səfər edib. Onların hamısı turizm məqsədli səfər etmirdi, bir qismi tranzit kimi Gürcüstan üzərindən digər ölkələrə gedirdi. Hazırkı vəziyyətdə də Tbilisidən Azərbaycana və əks istiqamətdə tranzit səfərlərin artacağı gözlənilir. Türkiyə vətəndaşları Gürcüstan üzərindən Azərbaycana, eləcə də Azərbaycan vətəndaşları bu marşrutla Türkiyəyə səfər edə bilərlər. Bu isə daha sərfəli imkanlar yaradır”.
Ekspert qeyd edib ki, hazırda Gürcüstana gediş-gəliş təyyarə biletlərinin qiyməti təxminən 500–600 manat civarındadır:
“Türkiyə istiqamətində isə qiymətlər bir qədər yüksəkdir. Qatar xəttinin istifadəyə verilməsi bu xərcləri müəyyən qədər, hətta yarıyadək azalda bilər. Bu, turizmin aktivliyinə də təsir göstərəcək. Gözlənilir ki, daha çox Azərbaycan vətəndaşı Gürcüstana və oradan digər ölkələrə səfər edəcək. Eyni zamanda, bu proses əks istiqamətdə turist axınına da təsir göstərə bilər. Əsas amillərdən biri yerlərin kifayət qədər olması, biletlərin əlçatanlığı və rahatlığıdır. Bütün bunlar ümumi hərəkət intensivliyinə təsir edəcək”.
Ölkəmizdə demokratın əsasən 2-li əsas SİYASİ HƏDƏFİ digərlərindən çox dəqiq-ciddi münasibətlidir. Hələ on il öncə Ermənistanın hərbi işğal siyasətinə qarşı yazılan şərh belə bircə dəqiqə keçməmiş görüntülənirdi!? Ağır-ağrılı, faciə-məğlubiyyət, hadisə-münasibət olduğu kimi dəqiq çatdırılmalıdır ki, yenə uduzmayasan təlaşla deyil, daha hazırlıqlı və ehtiyatlı, ayıq-sayıq olasan? Təxribata uyub, daha çox rəqib-düşmən *qazanma*yasan? Axan neft kəmərimizə əlavə iki qaz kəmərimiz də üzv olmadığımız Avropa İttifaqına ona yaxın ölkəyə çəkilib və axır! Ağır canlı Zəfər itgiləri və çoxillik anti-terrordan azadlıq günləri həmin dövlətlərdən hansılar bizim sərmayaçı dövlətin müdafiəsinə və haqlı-hüquqi siyasətinə münasibət bəyan etdi? Üç parlamanın etirazı hansı məzmundadır...?
Ümumiyyətlə bizim xalqımız deyərdim ki, zülüm çəkir, qatarnan Tiflisə 200-250 manatdan çox+Tiflisdən də İstanbula azından 200-250 manat, gəldi çıxdı 500-600 manata...
Deyəsən şərhim sizə sərf eləmədi deyə yayımlamadınız. Həqiqəti yazmaqdan qorxursunuz. Əgər elədirsə, onda bu "Şərhlər" bölməsi nə üçündür? Birdəfəlik bilin ki, bu qatarın açılması heç nəyi dəyişdirmədi. Bir girin özünüz baxın Tbilisidən Bakıya bilet mövcuddurmu? https://ticket.ady.az/
Elə yazırlar ucuz qiymət. Birincisi, heç ucuz deyil. İkincisi, həmin ucuz deyilən bileti tapsanız mənə də xəbər edin, 5 nəfər ailə üzvü ata yurdunu ziyarət etmək istəyir. Heç olmasa yalan şeyləri yazmayın dəə. Bir qatar açılıb, onun da daşıdığı sərnişinlərin sayı bir Airbus 320-nin daşıdığı sərnişinlərin sayının təxminən 2/3-ni təşkil edir. Çox şişirdib camaatın heysiyyatı ilə oynamasınlar barı.
Super
Quru serhedleri niye açmirlar?2-3 manatliq yola niye 81m verek
Təbriklər gözünüz aydın olsun
Mühr