Ru
22:58 / 21 Noyabr 2026

İranın şərtləri yerinə yetirilməyincə Hörmüzün açılması müzakirə olunmayacaq - Əraqçi

İranın şərtləri yerinə yetirilməyincə Hörmüzün açılması müzakirə olunmayacaq - Əraqçi
Eye

İranın tələbləri yerinə yetirilməyənədək Hörmüz boğazının açılması məsələsi gündəmdə deyil.


"Bakupost" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi dövlət televiziyasına bildirib.

“Bizim mövqeyimiz aydındır: İranın tələbləri yerinə yetirilənə qədər Hörmüz boğazı və onun açılması məsələsi əhəmiyyətsizdir”, - deyə o əlavə edib.

Əraqçinin sözlərinə görə, Tehran həmişə müdafiəyə hazır olduğu kimi, danışıqlara da hazır olduğunu bildirib. Nazir qeyd edib ki, Qətər nümayəndə heyətinin Tehrana səfəri qeyri-adi hal deyil. İran və ABŞ arasında vasitəçilər müntəzəm olaraq səfərlər edir, ideya və təkliflərini çatdırırlar.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar