Ru
22:02 / 21 Noyabr 2026

Abort zamanı vəfat edən Yeganə həkim səhlənkarlığının qurbanı olub? - VİDEO

Abort zamanı vəfat edən Yeganə həkim səhlənkarlığının qurbanı olub? - VİDEO
Eye

Şəmkirdə abort zamanı həyatını itirən qadının yaxınları danışıblar.

"Bakupost" "Xəzər" TV-yə istinadən xəbər verir ki, mərhumun yaxınları 35 yaşlı Yeganə Əhmədovaya tibbi yardımın vaxtında göstərilmədiyini iddia edirlər.

Onların sözlərinə görə, Şəmkir şəhər sakini hamiləliyini sonlandırmaq məqsədilə rayon ərazisində yerləşən özəl tibb müəssisəsinə müraciət edib. Burada terapevtik və cərrahi müdaxilələr aparılıb. Lakin prosedur zamanı qadının vəziyyəti ağırlaşıb və o, Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Mərhumun ailəsi iddia edir ki, xəstə bir tibb müəssisəsindən digərinə yönləndirilib, lakin vaxtında lazımi yardım göstərilməyib. Onların sözlərinə görə, qadının vəziyyəti ağırlaşdıqdan sonra qan köçürülməsinə ehtiyac yaranıb.

Yaxınları həkimlərin müdaxiləsinin gecikdiyini və ölüm hadisəsində tibbi səhlənkarlıq olduğunu düşünürlər.


Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar