ABŞ Prezidentinin xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşner Berlində Qətər nümayəndələri ilə görüşüblər. Tərəflər Dohanın Vaşinqton və Tehran arasında danışıqlarda vasitəçilik imkanlarını müzakirə ediblər.
"Bakupost" xəbər verir ki, bu barədə “Axios” nəşrinin jurnalisti Barak Ravid məlumat yayıb.
Onun sözlərinə görə, Qətər bir neçə həftədir ABŞ və İran arasında atəşkəsə nail olmaq, nüvə proqramı üzrə danışıqları bərpa etmək və münaqişənin yenidən kəskinləşməsinin qarşısını almaq üçün səylər göstərir.
Lakin jurnalistin bildirdiyinə görə, Dohanın vasitəçilik təşəbbüsləri hələlik nəzərəçarpacaq nəticə verməyib.