Ru
17:39 / 21 Noyabr 2026

“Oruc rəis” Pakistan sahillərində: Axtarışa başlayır

“Oruc rəis” Pakistan sahillərində: Axtarışa başlayır
Eye

Türkiyənin seysmik tədqiqat gəmisi olan “Oruc rəis” Pakistanın Kəraçi limanına çatıb.


"Bakupost" xəbər verir ki, bu barədə Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, gəmi sahildən təxminən 120 kilometr aralıda yerləşən “İndus-C” blokunda öz missiyasına başlayır:

“Pakistanla qurulan strateji tərəfdaşlıq çərçivəsində gəmi 670 kvadratkilometr ərazini əhatə edən 3D seysmik məlumat toplama işləri aparacaq. Təxminən iki ay davam etməsi gözlənilən bu prosesin məqsədi, gələn il qazma işlərinə keçid üçün zəmin yaratmaqdır”.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar