Ru
16:32 / 21 Noyabr 2026

“Xalq Bank”ın sədr müavini vəzifəsindən azad edildi

“Xalq Bank”ın sədr müavini vəzifəsindən azad edildi
Eye

“Xalq Bank” ASC-nin İdarə Heyəti sədrinin müavini Nazim İbrahimov vəzifəsindən azad edilib.

"Bakupost" Ölkə.az-a istinadla xəbər verir ki, bununla bağlı bankın İdarə Heyətinin sədri Kamran Məcidov müvafiq əmr imzalayıb.

Digər əmrlə, N. İbrahimov Ödəniş Texnologiyaları və Hesablaşmalar Baş İdarəsinə rəsi təyin olunub.

O, bu vəzifədə Asif Abbasovu əvəz edib.

Xatırladaq ki, “Xalq Bank” 2004-cü ildə yaradılıb və səhmlərinin 50%-i “İdeal Business Co.” MMC-yə, 33,85%-i “Euro Standard” MMC-yə, 16,15%-i isə “AMAL Invest Group” MMC-yə məxsusdur.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar