Ru
13:47 / 21 Noyabr 2026

Polad Bülbüloğlu İsraildə 5 ağır əməliyyat keçiribmiş

Polad Bülbüloğlu İsraildə 5 ağır əməliyyat keçiribmiş
Eye

Xalq artisti Polad Bülbüloğlu son illər görmə qabiliyyətində yaşadığı ciddi narahatlıqlar və bununla bağlı İsraildə olunduğu əməliyyatlar haqqında səmimi etiraflar edib.


“Bakupost” Unikal-a istinadən xəbər verir ki, sənətkar bu barədə “YouTube”da yayımlanan “Sheinkin40” proqramına verdiyi müsahibədə söz açıb.

Bakıda lentə alınan buraxılışda Xalq artisti gözündəki problemlərin həlli üçün bir çox ölkəyə üz tutduğunu bildirib. O, ABŞ və Rusiya başda olmaqla müxtəlif dövlətlərdə tibbi müayinələrdən keçdiyini, lakin effektiv nəticəni məhz İsraildə əldə etdiyini vurğulayıb:

“Tibbi göstəricilərimə uyğun ən real və ciddi dəstək mənə İsraildə verildi. Orada beş ağır cərrahi müdaxiləyə məruz qaldım. Əməliyyatlardan biri Təl-Əvivdə, digər dördü isə Hayfada icra olundu. Məhz həmin həkimlərin sayəsində bu gün qarşınızda oturub sizi görə bilirəm”.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar