Ru
12:02 / 21 Noyabr 2026

Arda Gülərin bu FOTOsu sosial medianı çalxaladı

Arda Gülərin bu FOTOsu sosial medianı çalxaladı
Eye

İspaniyanın “Real Madrid” klubunda çıxış edən Türkiyə millisinin futbolçusu Arda Gülər Sakaryaya səfəri zamanı çəkdirdiyi foto ilə gündəmə gəlib.


"Bakupost" Musavat.com-a istinadla xəbər verir ki, gənc ulduzun üzərində sabiq klubu “Fənərbağça”nın idman geyiminin olması “sarı-lacivərdli” azarkeşlərin böyük marağına səbəb olub.

Belə ki, Arda Gülərin geyimində “Fənərbağça”nın loqosu yer alıb. Gənc futbolçunun keçmiş klubuna məxsus idman geyimindən istifadə etməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Qeyd edək ki, Arda Gülər “Fənərbağça”nın yetirməsidir. İstanbul təmsilçisinin heyətində nümayiş etdirdiyi oyunla qısa müddətdə böyük şöhrət qazanan gənc futbolçu daha sonra karyerasında mühüm addım ataraq dünyanın ən nüfuzlu klublarından biri olan “Real Madrid”ə transfer olunub.

Əlavə edək ki, 21 yaşlı Arda Gülərin illik qazancı ikiqat artırılıb. Belə ki, futbolçunun 2025-2026 mövsümündə 5,21 milyon avro təşkil edən illik maaşı 2026-2027 mövsümündə 10,42 milyon avroya yüksələcək.



Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar