Ru
15:27 / 21 Noyabr 2026

Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayı açıqlanıb – Siyahı

Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayı açıqlanıb – Siyahı
Eye

2025/2026-cı tədris ilinin əvvəlinə Azərbaycanda fəaliyyət göstərən dövlət və qeyri-dövlət ali təhsil müəssisələrində bakalavr və magistratura səviyyələri üzrə təhsil alan əcnəbi tələbələrin sayı 7 716 nəfər təşkil edib.

"Bakupost" xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, onların 1 306 nəfəri MDB ölkələrinin, 6 410 nəfəri isə digər xarici ölkələrin vətəndaşlarıdır.

Ötən tədris ili ilə müqayisədə Azərbaycanda təhsil alan əcnəbilərin sayında artım qeydə alınıb. Belə ki, 2024/2025-ci tədris ilində bu göstərici 7 472 nəfər olub.

Azərbaycanda ən çox tələbəsi olan ölkələrin ilk onluğu isə belədir:

Türkiyə – 3 494 nəfər

Rusiya – 943 nəfər

Gürcüstan – 872 nəfər

İran – 733 nəfər

Pakistan – 295 nəfər

Hindistan – 247 nəfər

Suriya – 114 nəfər

Çin – 101 nəfər

Qazaxıstan – 97 nəfər

Ukrayna – 69 nəfər.

Qeyd edək ki, ilk onluqdan sonra tələbə sayına görə Tacikistan (62 nəfər), Türkmənistan (54 nəfər), Nigeriya (53 nəfər) və Sudan (50 nəfər) fərqlənir.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar