Ru
17:37 / 21 Noyabr 2026

Firuzə İbadova: “Villa, bahalı maşın nəyimə lazımdır? O dünyada yerim yaxşı olsun” - VİDEO

Firuzə İbadova: “Villa, bahalı maşın nəyimə lazımdır? O dünyada yerim yaxşı olsun” - VİDEO
Eye

Aparıcı Zaur Baxşəliyev Əməkdar artist Firuzə İbadovanı evində ziyarət edib.

"Bakupost" xəbər verir ki, görüş zamanı sənətçi solo konsert vermək arzusunda olduğunu açıqlayıb.

O, konsertdən əldə olunacaq gəlirin özünə qalmasını istəmədiyini, toplanan vəsaitin Yaşat Fonduna və mədəniyyətin inkişafına yönəldilməsini arzuladığını bildirib.

Zaur Baxşəliyev Firuzə İbadovanın bu yanaşmasına diqqət çəkərək, məhz belə düşündüyü üçün evsiz qaldığını deyib.

F. İbadova isə heç vaxt pul hərisliyində olmadığını bildirib:

“Sənətimi pul üçün sevməmişəm. Mən bu sənəti sevəndə demədim ki villalarım olsun, bahalı maşınlarım olsun. Nə edirəm var-dövləti? Mənim o dünyada yerim yaxşı olsun”.

Xatırladaq ki, Firuzə İbadovanın bir neçə ay əvvəl səhhəti ağırlaşdığı üçün xəstəxanaya yerləşdirilmiş və əməliyyat olunmuşdu.
Əməkdar artist bir müddət əvvəl mənzilə ehtiyacı olduğunu açıqlayaraq Prezidentə müraciət etmişdi. Dörd ildir kirayədə yaşadığını bildirən sənətçi maddi vəziyyətinin çətin olduğunu da diqqətə çatdırmışdı.

Yasəmən, Bakupost


Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar