Bakı Dövlət Universiteti (BDU) kadr islahatı ilə bağlı məlumatlara aydınlıq gətirib.
"Bakupost" xəbər verir ki, bu barədə BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi sosial şəbəkədə məlumat yayıb.
Bildirilib ki, Bakı Dövlət Universitetinin (BDU) rektoru Məleykə Abbaszadə noyabrın 19-da universitetin kollektivinə təqdim edilib.
O, rektor vəzifəsinin icrasına başlayandan sonra heç bir əməkdaşın işdən azad olunması və ya təyinatı ilə bağlı əmr imzalamayıb:
“BDU ilə bağlı məlumatları yayımlamamış universitetin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi ilə dəqiqləşdirməyi və rəsmi xəbərlərə istinad etməyi xahiş edirik”.
Qeyd edək ki, bundan əvvəl BDU-da rektor köməkçisi kimi fəaliyyət göstərən Nərmin Heydərlinin Məleykə Abbaszadənin əmri ilə vəzifəsindən azad edildiyi ilə bağlı məlumat yayılmışdı.