Ru
23:53 / 21 Noyabr 2026

Bakıda tuneldə su boruları partladı, avtomobillərin hərəkəti çətinləşdi - FOTO

Bakıda tuneldə su boruları partladı, avtomobillərin hərəkəti çətinləşdi - FOTO
Eye

Bakının Ziya Bünyadov prospektindən Qələbə dairəsi istiqamətinə gedən tuneldə su borularında qəza baş verib.


"Bakupost" APA-ya istinadən xəbər verir ki, tunelin üzərindən keçən su borularının partlaması nəticəsində tunelin daxilinə fasiləsiz olaraq su damır.

Nəticədə yolun hərəkət hissəsi islanıb və sürüşkən vəziyyətə düşüb.

Yaranmış vəziyyət görmə məsafəsinin azalmasına və həmin istiqamətdə avtomobillərin hərəkətinin çətinləşməsinə səbəb olub.

Sürücülərə ərazidən keçərkən diqqətli olmaları tövsiyə edilir.


Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar