Ru
18:35 / 01 Aprel 2026

Bakının blokada şəraitində qalan qəsəbəsi... - VİDEO

Bakının blokada şəraitində qalan qəsəbəsi... - VİDEO
Eye

Qaradağ rayonunun Umbakı qəsəbəsini rayon mərkəzi ilə əlaqələndirən yeganə körpü uçub.

Bakupost.az Oxu.Az-a istinadla xəbər verir ki, ötən ilin aprel ayında dağılmış körpü bu günə qədər bərpa olunmayıb.

Sakinlər bildirirlər ki, bu müddət ərzində sakinlər dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, problem həllini tapmayıb. Nəticədə bir ildir ki, Umbakı sakinləri rayon mərkəzinə gəlib-gedə bilmirlər.


Sakinlər qeyd edirlər ki, bir ildir qəsəbəyə təcili tibbi yardım briqadası da gələ bilmir:

"Xəstəmiz olanda xəstəxanaya apara bilmirik, təcili tibbi yardım gəlmir. Bakı ilə əlaqələrimiz kəsilib. Heç kim səsimizi eşitmir.

Qəsəbədə Respublika Cüzam Xəstəxanası fəaliyyət göstərir. Həftədə üç dəfə oradakı xəstələrə çörək gətirilməlidir. Həftələrlə çörək gətirmək olmur. Uşaqlarımız dərsə getmirlər. Məktəbimizin kollektivinin 50 faizi Qaradağ rayonundan və Bakının müxtəlif ərazilərindən gəlirdi. Yol yoxdur deyə onlar da gəlmirlər".


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar