İran atəşkəs üçün ABŞ-a müraciət etməyib.
Bakupost.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai məlumat verib.
O bildirib ki, İranda ABŞ-la danışıqlar məsələsini müzakirə etməyə hazır deyillər.
Qeyd edək ki, daha öncə ABŞ Prezidenti Donald Tramp İranın yeni rejiminin prezidentinin atəşkəs istədiyini açıqlayıb.