Əgər sorğu daxil olarsa, Rusiya Venesuela prezidenti Nikolas Maduroya sığınacaq verməyi nəzərdən keçirə bilər.
Bakupost.az Publika.az-a istinadən xəbər verir ki, bunu Rusiyanın Karakasdakı səfiri Sergey Melik-Bağdasarov bildirib.
Onun sözlərinə görə, hazırda diplomatik kanallar vasitəsilə heç bir rəsmi sorğu daxil olmayıb. Lakin, əgər belə variant varsa, Rusiya tərəfi məsələni diqqətlə araşdırmağa hazırdır.
Diplomat vurğulayıb ki, Moskvanın mövqeyi dəyişməz olaraq qalır: Venesuela liderinin başına gələnlər beynəlxalq hüququn pozulması hesab olunur. Rusiya onun azad edilməsində israr edir.