Ru
22:08 / 22 Sentyabr 2026

Ömər Baba 15 il sonra prokurorluqda: Filmdəki ölüm səhnəsinin izi ilə - VİDEO

Ömər Baba 15 il sonra prokurorluqda: Filmdəki ölüm səhnəsinin izi ilə -  VİDEO
Eye

Türkiyənin məşhur “Kurtlar Vadisi” serialında Ömər Baba obrazı ilə yadda qalan aktyor Emin Olcay prokurorluqda ifadə verib.


"Bakupost" Musavat.com-a istinadla xəbər verir ki, aktyor keçmiş MİT əməkdaşı Kaşif Kozinoğlunun 2011-ci ildə Silivri həbsxanasında müəmmalı ölümü ilə bağlı aparılan istintaq çərçivəsində “məlumat sahibi” qismində dindirilib. Emin Olcay Silivri Ədliyyəsinə gələrək prokurorluqda ifadə verib. Onun ədliyəyə gəlişinin görüntüləri də yayılıb. Aktyor istintaqda şübhəli şəxs statusunda deyil.

Araşdırmanın diqqətçəkən məqamlarından biri “Kurtlar Vadisi Pusu” serialında Kozinoğlunun ölümü ilə oxşarlıq təşkil edən səhnələrdir. 10 noyabr 2011-ci ildə yayımlanan 136-cı bölümdə Kaşif Kozinoğluna bənzədilən Kazım Kaşifoğlu obrazı həbsxanada saxlanılıb, daha sonra isə öldürülüb.

Cəmi iki gün sonra, noyabrın 12-də Kaşif Kozinoğlu Silivri həbsxanasında dünyasını dəyişib. Dekabrın 8-də yayımlanan 139-cu bölümdə isə Kazım Kaşifoğlu obrazının şprislə öldürülməsi səhnəsi nümayiş etdirilib.

İstintaq çərçivəsində serialın ssenaristləri Raci Şaşmaz, Bahadır Özdener və Cüneyt Aysan da daha əvvəl “məlumat sahibi” qismində ifadə veriblər. Kazım Kaşifoğlu obrazını canlandıran Sedat Savtakın da ifadəyə çağırıldığı bildirilir.

Prokurorluq serialdakı həmin səhnələrin hazırlanması, ssenaridə istifadə edilən məlumatların mənbəyi və bunların Kozinoğlunun ölümü ilə mümkün əlaqəsini araşdırır.

Emin Olcay ifadədən sonra jurnalistlərə açıqlamasında “İgidlərimizin qanı yerdə qalmaz” deyib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar