Xəbər verdiyimiz kimi, UNEC-in rektoru, professor Ədalət Muradov universitetlərarası elmi əməkdaşlığın gücləndirilməsi və Qarabağ Universitetinə dəstək məqsədilə şəxsi kitabxanasından 500 kitab hədiyyə edib və həmkarlarını, alimləri, bütün elmi ictimaiyyəti bu təşəbbüsə qoşulmağa çağırıb.
Bakupost.az xəbər verir ki, təşəbbüsə növbəti dəstək Milli Məclisin deputatı Sadiq Qurbanov tərəfindən verilib.
Deputat Qarabağ Universitetinə şəxsi kitabxanasından 100 kitab hədiyyə edib.
O, sosial şəbəkə hesabında yazıb:
“Ümummilli lider Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” tezisi və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təhsilin inkişafını prioritet istiqamət kimi müəyyənləşdirməsi elmə və biliyə verilən dəyərin strateji mahiyyətini aydın şəkildə ifadə edir.
UNEC-də Elm Günü münasibətilə keçirilən tədbirdə rektor, professor Ədalət Muradovun Qarabağ Universitetinə şəxsi kitabxanasından 500 yeni kitab hədiyyə etməsi təşəbbüsü yüksək ziyalı məsuliyyətinin və elmi-mədəni dəyərlərə bağlılığın bariz nümunəsidir. Bu addım milli təhsil sisteminin inkişafına və Qarabağda intellektual mühitin formalaşdırılmasına mühüm töhfə kimi qiymətləndirilməlidir.
Frensis Bekonun “Bilik gücdür” fikri kitabın cəmiyyətin inkişafında və insanın intellektual formalaşmasında əsas mənbə olduğunu dəqiq ifadə edir.
Qarabağ Universitetinin kitabxanasının zənginləşdirilməsi diqqət mərkəzində saxlanılmalı və bu istiqamətdə təşəbbüslər ardıcıl xarakter almalıdır.
Məndə hörmətli Ədalət müəllimin bu təşəbbüsünə qoşularaq şəxsi kitabxanamdan Qarabağ Universitetinin kitabxanasına 100 yeni kitab hədiyyə edirəm”.
Lalə,
BakuPost