“Azərbaycan kino sənəti böyük bir sənətkarını itirdi. Elə bir sənətkar ki, öz adı ilə doğulsa da, hamı onu Beyrək, Babək, Nəsimi kimi tanıyırdı”.
Bakupost.az xəbər verir ki, bu sözləri Ümid Partiyasının sədri İqbal Ağazadə Rasim Balayevin vəfatı ilə bağlı danışarkən deyib.
“Hətta onun hərəkətlərinə və ya hansısa bir sözünə cəmiyyətin reaksiyası fərqli olanda belə demirdilər ki, sən Rasim Balayevsən. Deyirdilər, axı sən Babəksən, axı sən Beyrəksən, niyə belə danışırsan, niyə bu cür mövqe sərgiləyirsən?
Və ömrünün sonuna qədər Rasim Balayev sübut edə bilmədi ki, o, Rasim Balayevdir. Cəmiyyət onu Babək, Nəsimi, Beyrək kimitanıdır. Bu isə bir sənətkar üçün çox böyük xoşbəxtlikdir.
O, yaratdığı obrazlarla insanların qəlbində yer tutmuş, özünün orda heykəlini ucaltmışdı. Güman etmirəm ki, Azərbaycanın kino tarixində hələ uzun illər belə bir sənətkar yetişsin.
Mən Rasim Balayevi çox sevirdim. Allah rəhmət eləsin, ruhu şad olsun”.
Lalə, BakuPost
Salam. Paylaşım üçün sağ olun. Amma yazıda da mənbəyə istinad etsəydiniz, yaxşı olardı.
Əvəz olunmaz Dahi sənətkara Uca ALLAHdan rəhmət diləyirəm.
Allah Rasim Balayevə ,Ənvər Həsənova rəhmət eləsin ????Amin
İndi ortada olan özünü artist-sənətçi sayanlara aanda adam xəcalət çəkir .Niyə Azərbaycanda incəsənəti mədəniyyəi getdikcə bəsitləşir.sadələşir.maraqsız olur.səviyyəsizləşirdüşük cızma qaralarla süni gülüş yaratmaqa çalışan Rəfaellər,İskəndərovlar kimiiləri və belə düşük mövzul arıortaya çxaranlar, yazanlar anlaya bilmirlər ki.bu milli sənət deyil.Ötəri baş girləmədir.Bəs millilik.incəsənət,mentalitet?
2 aktyoru sevmişəm Azərbaycan səhnəsində biri Rasim Balayev olub biri isə Fəxrəddin Manafov ... Allah Rasim Balayevə Rəhmət eləsin ... Fəxrəddin Manafova isə uzun ömür versin