Ru
22:36 / 21 Oktyabr 2026

Türkiyədə yaşayış binası çökdü: Ölən və yaralanan var

Türkiyədə yaşayış binası çökdü: Ölən və yaralanan var
Eye

Türkiyənin şimalında yerləşən Zonquldak şəhərində üçmərtəbəli yaşayış binası çöküb.


"Bakupost" bu barədə "A Haber" telekanalına istinadən xəbər verir.

Dağıntılar altında azı iki nəfərin qaldığı müəyyən edilib. Hadisə yerinə xilasedicilər, təcili tibbi yardım və polis əməkdaşları cəlb olunublar.

Aparılan xilasetmə əməliyyatı nəticəsində dağıntılar altında qalan şəxslərdən biri sağ çıxarılıb. Digər şəxsin isə meyiti aşkarlanıb.

Qeyd edək ki, hadisə şəhərin Kadırqa ərazisində baş verib. Bir neçə gün əvvəl də güclü və davamlı leysan yağışlarından sonra həmin ərazidə başqa bir bina çökmüşdü.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar