Müşahidə edirik ki, Ermənistan Avropa Birliyi ilə əlaqələrin inkişafı barədə müzakirələr gedir. Buna tamamilə sakit yanaşırıq. Başa düşürük ki, hər bir ölkə üçüncü ölkələrlə əməkdaşlıqdan maksimum üstünlüklər əldə etməyə çalışır.
Bakupost.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Kremldə Ermənistan Baş naziri Nikol Paşinyanla görüşdə deyib.
Putin qeyd edib ki, Ermənistanın həm AB-də, həm Aİİ-də eyni anda yer alması mümkün deyil:
“AB və Aİİ ilə gömrük ittifaqında olmaq qeyri-mümkündür. Bu, sadəcə olaraq mahiyyətcə mümkün deyil. Məsələ heç siyasətdə də deyil, məsələ sırf iqtisadi xarakter daşıyır".