Müxalif Ermənistan Respublika Partiyası (ERP) iyunun 7-də keçiriləcək parlament seçkilərində iştirak etməyəcəyini elan edib.
Bakupost.az xəbər verir ki, bu barədə qərar partiyanın İcra Orqanının bu gün keçirilən iclasında qəbul edilib.
İclasda seçki prosesi və ölkədəki mövcud siyasi vəziyyət ətrafında aparılan hərtərəfli təhlillərdən sonra ERP-nin builki seçkilərdən birbaşa kənarlaşması qərara alınıb.
Partiya rəhbərliyi bu addımın əsaslandırılması və qurumun gələcək fəaliyyət planı barədə daha geniş məlumatın aprelin 4-də keçiriləcək 18-ci qurultayda açıqlanacağını bildirib.
Xatırladaq ki, ERP-yə ölkənin keçmiş prezidenti Serj Sarkisyan rəhbərlik edir.