Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanda "Qarabağ hərəkatı"na son qoyulmasının vacibliyini bildirib.
Bakupost.az xəbər verir ki, bu barədə Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı danışıb.
"Mən artıq Ermənistanda açıq şəkildə bəyan etmişəm ki, biz "Qarabağ hərəkatı"nı davam etdirməməliyik, çünki Ermənistan və Azərbaycan Alma-Ata Bəyannaməsi çərçivəsində bir-birinin suverenliyini və ərazi bütövlüyünü tanıyıblar", - deyə Paşinyan qeyd edib.
"İrəvan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb", - deyə Ermənistanın baş naziri əlavə edib.