Xalq artisti Naibə Allahverdiyeva qızı Məryəmlə bağlı açıqlamalar verib.
Bakupost.az Bizim.Media-ya istinadla xəbər verir ki, aktrisa qızına qayınanası ilə bağlı məsləhət verdiyini söyləyib.
“O, gələcək qayınanası üçün öz qızı kimi olacaq. Özünə də demişəm ki, sən onun oğlunu sevib-seçmisənsə, anasına da hörmət etməlisən, öz anan kimi qayğı göstərməlisən, sevməlisən. Təbii ki, ananın yerini heç kim verə bilməz, yenə də olsun…”, - o qeyd edib.
Qeyd edək ki, sənətçinin övladı bir neçə ay öncə nişanlanıb.