Ru
20:32 / 01 Aprel 2026

Paşinyan və Əliyevin səyləri sayəsində... - Putin

Paşinyan və Əliyevin səyləri sayəsində... - Putin
Eye

Rusiya Prezidenti Vladimir Putin Moskvada Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündə Ermənistan və Azərbaycan arasındakı münasibətlərin nizamlanması prosesinə toxunub.

Bakupost.az xəbər verir ki, Rusiya lideri hər iki ölkə rəhbərinin səyləri nəticəsində bölgədə vəziyyətin sabitləşdiyini qeyd edib.

Putin həmçinin bu prosesdə ABŞ Prezidenti Donald Trampın fəal rolunu xüsusi vurğulayıb:

“Yeri gəlmişkən, sizin və Azərbaycan Prezidentinin səyləri sayəsində inanıram ki, münasibətləri sabitləşdirməyə nail olmuşuq və ABŞ Prezidenti də bu işdə fəal iştirak edib”.

Qeyd edək ki, Kremldə baş tutan görüşdə Rusiya-Ermənistan strateji tərəfdaşlığı ilə yanaşı, Cənubi Qafqazda iqtisadi, nəqliyyat və logistika əlaqələrinin inkişafı əsas müzakirə mövzularından biridir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar