Ru
18:50 / 01 Aprel 2026

İran Ermənistana gedən yük maşınını vurdu

İran Ermənistana gedən yük maşınını vurdu
Eye

BƏƏ-dən Ermənistana hidravlik platforma daşıyan ağır tonnajlı konteyner maşını İranda atəşə tutulub.

Bakupost.az xəbər verir ki, bununla bağlı “Sputnik Armenia” agentliyi məlumat yayıb.

Bildirilir ki, hadisə bir neçə gün əvvəl Ermənistan-İran sərhədində yerləşən “Norduz” sərhəd-keçid məntəqəsindən təxminən 500 kilometr aralıda baş verib.

Məlumata görə, mərmi düşən zaman sürücü (İran vətəndaşı) hadisə yerində olmayıb. Yük maşınının dayanacaqda saxlanılması itkilərin qarşısını alıb.

Qeyd olunub ki, zədələnmiş və yanmış konteyner bir gün əvvəl İrəvana aparılıb və hazırda dəymiş ziyanın dəyərləndirilməsi işləri gedir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar