Ru
16:20 / 01 Aprel 2026

Əli Əsədov ŞKTC Baş naziri ilə görüşdü

Əli Əsədov ŞKTC Baş naziri ilə görüşdü
Eye

Bu gün Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstel ilə görüşüb.

Bakupost.az APA-ya istinadən xəbər verir ki, görüşdə Azərbaycan ilə Şimali Kipr Türk Cümhuriyyəti arasında bir sıra sahələrdə əlaqələrin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivliyi, parlamentlərarası və siyasi partiyalar xətti ilə əməkdaşlığın inkişafı müsbət qiymətləndirilib.

Humanitar sahədə, xüsusilə mədəniyyət və turizm istiqamətlərində əlaqələrin genişləndirilməsinin vacibliyi qeyd olunub.

Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın önəmi vurğulanaraq, Şimali Kipr Türk Cümhuriyyətinin müşahidəçi statusunda təşkilatın fəaliyyətinə verdiyi töhfələr qeyd edilib.

Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına Üzv Dövlətlərin Hökumət Başçılarının/Vitse-Prezidentinin Görüşünün əhəmiyyətinə toxunulub.

Tədbirin TDT çərçivəsində hökumətlərarası koordinasiyanın gücləndirilməsi və dövlət başçıları tərəfindən müəyyən edilmiş prioritet sahələr üzrə ortaq gündəliyin daha səmərəli şəkildə irəli aparılması baxımından önəmi vurğulanıb.

Şərhlər
  • .Nizami Aliev

    Заголовок статьи : Али Асадов встретился сам собой ? Ну вы писаки ...

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar