Ru
15:44 / 01 Aprel 2026

Ərdoğandan İran açıqlaması: Təhlükə böyüyür

Ərdoğandan İran açıqlaması: Təhlükə böyüyür
Eye

Fevralın 28-də bölgəmizdə (İran) başlayan, artıq bir ayını tamamlayan müharibə, təhdid və təhlükə səviyyəsi artaraq davam edir.

Bakupost.az Teleqraf-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Prioritetimiz ölkəmizin bu fırtınalı dövrü itkisiz və zərər görmədən keçirməsidir. Türkiyəni bu yanğından uzaq saxlamaqda qətiyyətliyik. Hökumət olaraq, müxalifətin bizi cəlb etmək istədiyi tələlərə düşmədən, ehtiyatlı, ölçülü, balanslı və rasional zəmində bu prosesi idarə edirik”, - o bildirib.

Türkiyə Prezidenti İrandakı müharibəyə görə İsraili ittiham edib.

“Bölgəmizi alovlara qərq edən və bütün bəşəriyyətə iqtisadi çətinlik yaradan bu qanunsuz müharibəyə görə əsas məsuliyyət İsrail rəhbərliyinin üzərinə düşür”.

Prezident Ərdoğan Türkiyənin İran böhranının təcili və dinc yolla həllini dəstəklədiyini vurğulayıb:

“Bölgəmizdə sülhün bərpası üçün lazım olan hər şeyi etməyi özümüzə borc bilirik”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar