Masallıda fərdi yaşayış evində yanğın baş verib.
Bakupost.az Unikal-a istinadən xəbər verir ki, hadisə rayonun Qızılağac kəndində qeydə alınıb.
Belə ki, 200 kvadratmetrlik evdə qəfil yanğın başlayıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunub.
Yanğın yerinin kəşfiyyatı zamanı 1967-ci il təvəllüdlü Abdullayev Camələddin Həsənağa oğlu və onun 2 yaşlı nəvəsi Məmmədzadə Məhərrəm Mehman oğlunun yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.