“Sənətkarın pulu, gözəl şəraiti və 99 faiz hallarda mənzili olmur. O, iki saatlıq çıxışında arzularını oynayır, özünü kral sayır. Bütün bunları aktyora başa sala-sala bu sənətə gətirmək lazımdır".
Bakupost.az xəbər verir ki, bu sözləri Xalq artisti Afaq Bəşirqızı Naib Nailoğluna verdiyi müsahibəsində bildirib.
“Əbəs yerə deməyiblər. sənət qurban tələb edir. O bilməlidir ki, qurban gedir. Ona görə də mən bu gün heç kəsi qınamıram. İnsan hər hansı bir səhv edirsə, ya qudurğanlıqdan, ya da ehtiyacdan edir",- Afaq Bəşirqızı əlavə edib.
Yasəmən