Ru
16:11 / 01 Aprel 2026

Zaxarova Azərbaycana təşəkkür etdi

Zaxarova Azərbaycana təşəkkür etdi
Eye

Rusiya İrana humanitar yardımın çatdırılmasında göstərdikləri köməyə görə Azərbaycan hakimiyyətinə minnətdardır.

Bakupost.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.

Diplomat qeyd edib ki, müharibədən əziyyət çəkən İran xalqına humanitar yardım göstərməyə davam edir. O xatırladıb ki, ikinci böyük tibbi ləvazimat daşınması da martın 27-də Azərbaycan vasitəsilə baş tutub, dəmir yolu ilə 300 tondan çox dərman çatdırılıb.

“Həmin gün yük maşınları karvanı Dağıstan Respublikası tərəfindən toplanan təxminən 150 ton humanitar yardımı Astaraya çatdırıb. Azərbaycan hakimiyyətinə göstərdiyi köməyə görə minnətdarıq”, - Mariya Zaxarova vurğulayıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar