Ru
23:10 / 29 Aprel 2026

Putindən Trampa xəbərdarlıq: İrana quru əməliyyatları qəbuledilməz və təhlükəlidir!

Putindən Trampa xəbərdarlıq: İrana quru əməliyyatları qəbuledilməz və təhlükəlidir!
Eye

Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı amerikalı həmkarı Donald Tramp İranın və onun rəhbərliyinin hazırda düşdüyü çətin vəziyyət barədə qiymətləndirmələrini bölüşüb.

Bakupost.az xəbər verir ki, bu barədə brifinqdə Rusiya liderinin köməkçisi Yuri Uşakov məlumat verib.

Onun sözlərinə görə, İran ətrafındakı mövcud vəziyyət iki prezidentin söhbətində beynəlxalq gündəliyin əsas mövzusu olub.

Tramp hazırda atəşkəs rejiminin davam etdiyi münaqişənin başa çatmış mərhələsinin yekunlarını vurğulayıb. Putin Amerika liderinin müvəqqəti barışığı uzatmaq qərarını dəstəkləyib və bunun danışıqlar prosesinə şans, Yaxın Şərqdə sabitliyə töhfə verdiyini qeyd edib.


"Bununla yanaşı, Rusiya prezidenti ABŞ və İsrailin yenidən güc tətbiq etməyə başlayacağı təqdirdə bunun nəinki İran və qonşuları, həm də bütün beynəlxalq birlik üçün qaçılmaz və olduqca ağır nəticələri olacağına diqqət çəkib. İran ərazisinə quru əməliyyatının həyata keçirilməsini isə tamamilə qəbuledilməz və təhlükəli olduğunu bildirib", — Uşakov deyib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar