Ru
10:46 / 14 Mart 2023

Ərdəbilli qadın fəal həbs olundu

1044
Güney Azərbaycanın Ərdəbil bölgəsindən olan və Tehranda yaşayan qadın fəal Tahirə Becrəvani İnqilab Məhkəməsi tərəfindən 18 aylıq həbs cəzasına məhkum edilib.

Bakupost.az "Azda İran"a istinadla xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıblar.

Məlumatda heç bir sübut olmadığı halda Tahirə Becrəvaniyə qarşı "rəhbəri təhqir etmək" ittihamı irəli sürülüb.

Qeyd edək ki, Tahirə Becrəvani 2022-ci il dekabrın 21-də Tehranın Qala Həsənxan bölgəsində iş yerində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək təcridxanaya salınmışdı.

O, bundan öncə 2019-cu ilin noyabr etirazlarında hökumət qüvvələri tərəfindən öldürülən həyat yoldaşı Əli Fətuhinin qətlinin araşdırılmasını tələb etdiyi və hakimiyyəti ittiham etdiyinə görə həbs edilib.

Zaur,
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin


Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər