20:11
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Baş naziri Nikol Paşinyanı qəbul edib.
Bakupost.az xəbər verir ki, görüş İstanbulda Dolmabahçe İş Ofisində baş tutub.
Qeyd edək ki, bu gün N.Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə bu ölkəyə ilk işgüzar səfərə gedib.
Paşinyanı səfərdə XİN rəhbəri Ararat Mirzoyan, XİN rəhbərinin müavini Vahan Kostanyan, parlamentin vitse-spikeri, Türkiyə ilə münasibətlərin normallaşması prosesində Ermənistanın xüsusi nümayəndəsi Ruben Rubinyan müşayiət edir.
***
Ermənistanın baş naziri Nikol Paşinyan İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ikitərəfli əlaqələrin normallaşmasını müzakirə edib.
bu barədə o, “X” hesabında yazıb.
Onun sözlərinə görə, tərəflər həmçinin regional inkişafları və davamlı dialoqun əhəmiyyətini müzakirə ediblər.
Qeyd edək ki, tərəflər arasında görüş yekunlaşıb.