Ru
10:54 / 13 May 2024

Erməni keşiş əhalini tətillərə çağırdı

1131
Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyanın çağırışı ilə İrəvanın mərkəzində etiraz aksiyaları davam edir.

Bakupost.az news.am-a istinadən xəbər verir ki, fəallar Abovyan küçəsini zibil qutuları və oturacaqlarla bağlayıblar.

Bir gün öncə keçirilən mitinqdə isə Qalstanyan bütün şəhəri və Ermənistanın müxtəlif rayonlarını iflic etmək üçün total tətillərə çağırış edib.

Qalstanyan dəstək olmaq istəyənləri qeydiyyatdan keçməyə və könüllü fəaliyyətə başlamağa dəvət edib.

“Bu günlərdə bizə xeyli insan qoşulub. Əminəm ki, etimadsızlıq prosesi və baş nazirliyə namizədlə bağlı planlarımız konkretləşəndə burada bir neçə yüz min nəfər olacağıq”, - deyə o bildirib.

Vasif
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər