Ru
11:55 / 10 May 2024

Erməni müxalifəti baş nazir postunda kimi görür? - Qalstanyan açıqladı

1280
"Bizim addımlarımızın ardıcıllığı planlaşdırıldığı kimi deyil, xalqın iradəsi ilə baş tutdu. Biz demarkasiya prosesinin dayandırılması barədə müzakirələr aparmağı planlaşdırırdıq".

Bakupost.az erməni mediasına istinadən xəbər verir ki, bunu mayın 10-da İrəvanın Respublika meydanında jurnalistlərlə söhbətində erməni apostol kilsəsinin Tavuş yeparxiyasının arxiyepiskop Baqrat Qalstanyan deyib.

“Amma mitinqdə xalqın tələbi başqa cür oldu və mən başqa bir məsələ haqda danışa bilməzdim. Mən sadəcə olaraq xalqın tələbini formalaşdırdım və səsləndirdim", - o vurğulayıb.

Qalstanyan qeyd edib ki, başlayan hərəkat həyati əhəmiyyət daşıyır:

"Ölkə elə bir kritik nöqtəyə çatıb ki, daha da irəli gedə bilmərik. Ermənistan parçalanmış, təminatsız, heç bir daxili və xarici təhlükəsizliyi olmayan vəziyyətdədir və o, sadəcə bir torpaq parçasına, əraziyə çevriləcək. Düşünmürəm ki, insanlar belə bir ölkədə yaşamaq istəyəcək. Söhbət indiki mərhələdə fəlakətin qarşısının alınmasından gedir. Baş verənlərə görə bütün məsuliyyət səlahiyyətlilərin üzərinə düşür. Onlar dağılma prosesini dayandırmaq üçün bütün vasitələrə əl atmalıdırlar. Ona görə də bu insanlar getməlidirlər”.

Baş nazir postuna kimin təyin ediləcəyi ilə bağlı suala cavabında isə Qalstanyan bunları deyib:

“Bizim işimiz indiyədək siyasi proses olmayıb. İndisə fikrimizcə, hər şey siyasi xadimlərin məsləhətləşmələrinin nəticələrinə əsasən planlaşdırılmalıdır. Dünən proseslərin necə gedəcəyini anlamaq üçün parlament üzvləri ilə görüşməyə çalışdıq. Onlar prosesi davam etdirmək və qanuni yolla başa çatdırmağa çalışmağa hazırdırlar. O zaman baş nazirliyə namizəd lazım olacaq. Yəqin ki, o zaman hər çey açıqlanacaq".

Qalstanyan qeyd edib ki, baş nazir postuna müxtəlif şəxslərin namizədliyi hallanır:

"İndi xalqın oyanış mərhələsidir. Bu gün, sabah, o biri gün əməli addımlar atılacaq. Yeni baş nazirin adı ilə bağlı hələlik razılaşma yoxdur. Parlament fraksiyaları müzakirə, müəyyən məsləhətləşmələr aparacaq, bütün siyasi qüvvələr bu şəxsin ətrafında birləşəcək və onun kim olduğu açıqlanacaq”.

Vasif
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər