“Hazırda Zəngəzur dəhlizi uğrunda İran, Türkiyə, Rusiya, ABŞ və Avropa İttifaqı arasında mübarizə gedir. Burada prosesi kənardan müşahidə etmək daha əlverişlidir. Rəsmi Bakı bu məsələdə öz mövqeyində qalır. Ermənistanın nə qərar verəcəyi maraqlıdır. İrəvanın verdiyi qərar onun Rusiya, İran, ABŞ və Avropa İttifaqı ilə olan münasibətlərinə təsir edəcək”.
Bunua
Bakupost.az -a politoloq Zaur Məmmədov deyib. Onun sözlərinə görə, Ermənistan Rusiyanın nəzarəti ilə Zəngəzur dəhlizinin açılmasını heç bir halda qəbul etmək niyyətində deyil. Erməni tərəfi kommunikasiya xətləri açıldıqda ona özü nəzarət etmək istəyir.
Politoloq bildirib ki, Zəngəzur dəhlizi təkcə kommunikasiya xətti, nəqliyyat qovşağı deyil. Bu, Avrasiyanın orta xəttində vacib nöqtələrdən biridir. Yaxın Şərqdə, İran, Suriya, İraqda ciddi dəyişikliklərin olduğu nəzərə alınsa, Zəngəzurun strateji əhəmiyyəti bir neçə dəfə artacaq:
"Ona görə də, İsrail, ABŞ, Rusiya, Çin, İran və Avropanın bəzi mərkəzlərində bu xətt uğrunda maraqlar kəsişir. Bu xəttə görə, üst-üstə düşən mövqelərlə yanaşı ziddiyyətlər də var".
Sevinc,
BakuPost