Ru
23:02 / 15 İyul 2026

Etibar Əliyev dayanmır: Hacı Şahinlə bağlı yenə yazdı...

Etibar Əliyev dayanmır: Hacı Şahinlə bağlı yenə yazdı...
Eye

Sabiq millət vəkili, təhsil eksperti Etibar Əliyevin mərhum ilahiyyatçı Hacı Şahinlə bağlı yazıları davam edir.

Bakupost.az xəbər verir ki, E.Əliyev ilk paylaşımını 3 gün öncə etmişdi.

“Professor Aydın Balayev və Hacı Şahin” adlı yazısında o 2 foto paylaşaraq yazırdı:

“Din - kütlə üçün metafizikadır”. A. Şopenhauer.

7 iyul Hacı Şahinin doğum günüdür. Kütlə onu sosial şəbəkələrdə yad edir.


Digər foto isə Azərbaycanda fikir tarixinin formalaşmasında müstəna rolu olan azərbaycançılıq və türkçülük ideologiyalarının baniləri sayılan Məhəmməd Əmin Rəsulzadə, Əhməd bəy Ağaoğlunun və görkəmli maarifçi Mirzə Fətəli Axundovun həyatı və fəaliyyətini bənzərsiz üslubda yazmaqla yanaşı, həm də "Азербайджанская нация" adlı dəyərli bir əsərin müəllifi Aydın Balayevin tənha məzarıdır.

Dəfnində 100 nəfərə yaxın adam iştirak edirdi.
Dəyərli Aydın müəllim, doğum gününüzdə gəlib mütləq Sizə baş çəkəcəm.

Zəruri qeyd: Allah Mirzə Cəlilə və Həsən bəy Zərdabi başda olmaqla bütün maarifçilərimizə rəhmət eləsin. Necə qoyub gediblərsə, eləcə də qalmışıq”.

E.Əliyevin bu statusu geniş qınağa səbəb olmuşdu.

Buna görə də sabiq millət vəkili növbəti paylaşımını etdi:

“Hacı Şahin tərəfdarları feysbuk səhifəmdə təlatüm yaratdılar. Onların içində ziyalılığa iddialı olanlar az deyildi. Sən demə, Hacı filosofluq, oratorluq, alimlik, müdriklik mərtəbəsinə çatıbmış. Maraqlı bir təklifim var. Təxminən min nəfəri əhatə edən sorğu keçirin. Sualı belə qoyun: Mirəsədulla Mir Ələsgər oğlu Mirqasımovu tanıyırsınız, yoxsa Hacı Şahin Hüseynoğlunu?

Tam əmin olun, Mirəsədulla Mirqasımovu barmaqla sayılan qədər adam tanıyacaq. Çünki onu xatırlamırıq. Meydan Hacı Şahin kimilərindir. Din təəssübkeşlərindən biri durub bu Hacıya deyə bilmədi ki, Allahın adından niyə bu qədər manipulyasiyalar edirsən…

Mən mərhum Mirəsədulla Mir Ələsgəroğlunun adını elə-belə çəkmədim. Bu şəxsiyyət inanclı ailədə dünyaya göz açıb. Onları heç bir qüvvə inancdan məhrum edə bilməyib.

Mirəsədulla Mirqasımov Azərbaycan Elmlər Akademiyanın birinci prezidenti və Azərbaycanın tibb üzrə ilk elmlər doktoru elmi dərəcəsini qazanmış nəhəng həkimidir…”

Bu gün isə E.Əliyev növbəti dəfə bu mövzuya qayıtmağa məcbur olub:

“Hacı Şahinsevərlərin nəzərinə!

Nəhəng Əhməd bəy Ağaoğlunun 1892-ci ildə Londonda keçirilən beynəlxalq konqresdə dinlə bağlı çıxışının kiçik bir parçası ilə tanış olaq.

"...Onu da bilməlisiniz ki, şiəlik sözün həqiqi mənasında din deyil, heç siyasi partiya anlamı da ifadə etmir. Amma şiəlik başdan başa İranın milli ruhu ilə doludur. Şiəlik hüquqları tapdanmış bəzi insanların haqlarını tələb edən siyasi görüş kimi qəbul edilə bilməz. Şiəlik Yer üzünün çox məhdud bir məkanında insana yalnız bu günü və gələcəyi deyil, keçmişi də təlqin edir. Hər bir şiə iranlıdır.

Əgər Rüstəmin fövqəltəbii mənşəyinə, onun möcüzəvi qəhrəmanlıqlarına inanmırsa, şiə deyil. Nə vaxtsa dünyanın fövqəltəbii bir varlıq, fövqəlinsan tərəfindən xilasına inanmırsa, şiə deyil. Bu möcuzəvi, fövqəltəbii bir insan İsfahan yaxınlığında bir quyudan çıxacaq, yanında isə Rüstəmlə Kavə olacaqdır. Kim İranı ziyalılığın, elmin, mənəvi saflığın məskəni kimi qəbul etmirsə, onu dünyanın, hətta kainatın taleyinin bağlı olduğu bir ölkə kimi görmürsə, şiə deyil. Bir sözlə şiə olmaq - iranlı olmaq İranın keçmişini bütün kimi qəbul etmək, özünü tam şəkildə bu məmləkətə bağlamaq, onun zəfərindən qürurlanmaq, məğlubiyyətindən kədərlənmək, ümidləri ilə yaşamaq deməkdir”.

Asena,
BakuPost

Şərhlər
  • Vüqar Məmmədov

    Sah İsmayıl da şiyə olub

  • Məmmədov Abdulla

    Salam. Hec kəs siz dediyiniz azərbaycanli dahilərin səxsiyətin nə inkar edir nə onlara saysizliq gorsədir. Sadəcə hər kəsin xalqin qəlbində oz tutumu vardi. Yəni siz elə fikirləsirsiniz ki xalq səf yoldadi? Siz xalqa duz yol gorsətmək fikrindəsiniz?

  • Elsevar Quliyev

    Elbetde Allah Heci Wahine rehmet elesin.Onda olan savad bizim hec deputatdarda yox idi Eger o savadsiz biri olsaydi onu hökumet qorxusundan aradan itirmezdi .Wahin bildiylerin sen hec 10 faiz bilmirsen

  • Talış

    Etibar balka san da daxil Azerbaijanin coxu iranlidir Sia din deyil mazhabdir haci Sachinin man da perestiskari deyilam amma o uzdeniraq ahmad agaoglu panturkist manqurt serefsiz olub bu olka isa turk torpagi deyil

  • Həsənov Yusif

    Sənin dərdin nədir?Ay deputat, istəyirsən bu milləti kafir görəsən?Get işinlə məşğul ol

  • Fatimə

    Buna biri desin ki. Dahi həkimlə Hacı Şahin müqayisə etməsin. Həkimlə həkimi müqayisə edə bilər. Dinşünas alimlə akademik görkəmli və tanınmış Həkimi müqayisə etmək absurtdu. HACINI digər dinşünasla müqayisə edə bilər. Ona qalsa Aygün kazımovanı uşaq da tanıyır amma akademiki tanımayan bilər.

  • B.Mizancanlı

    16 fevral 1987 ci il tarixdən öz doğma məkan-ocaq, ev-mülklərindən qovulan azərbaycanlılar nicat, haqq-hüquqlarının müdafəsini rəsmi Bakının Hakimiyyətindən diləsələr də, sonra gurlasalar da, bir-iki fərdin Qarabağa yerimə və Hökumətin *Barış vertolyotu*ndan qeyri-heç AXCP də hərbiləşən terror yuvasına, ya Hüquq dünyasına inamlı qüdrətlə şığımadı? Tezliklə kütləni, xalqı ayrılmaz haqqından kəskin qətiyyətsiz ATƏTə, Beynəlxalq (Hüquqi İddiaya yox?) siyasi müraciətlərə yönləndirən tezliklə ən böyük Siyasi Mərkəzin təslimatının şahidi olsalar da, bir daha Öz ayrılmaz haqqının qəti iddiasını (xalq-kütlə *Aparıcılar*ı) yeni qurbanlarla ilə daha uzaq-dərin siyası-diplomat dolaqllarına saldılar. Hətta, tamamilə unutdular ki, 1992ci ildən SSRİ Doktrinası yoxdur, Müstəqil ilkin 28 May 1918ci ildən mövcud Azərbaycanının öz konstitusion tamlığı və gərəkli atributları təkrarən BMTnda (86,6 min kv km-lik AzSSRni yox?) qeydini iddia etmək gərəkdi? Heç insanın-vətəndaşın, xalqın-dövlətin haqq-hüququnun cücərtisi də belə heç bir siyasi-hüquqi diplomatiya-mülahizə alver-predmeti olmamalıdır? Həmin illkin prinsip tanınıb-qəbul edilmirsə, hansı insani tanışlıq və əməkdaşlıqdan danışmaq mümkün-mizan münasibətdir?

  • Eziz

    Hacı Şahinin adını çekme o din üzerinden manipulyasiya etmirdi o milleti gencleri düzgün yola haqq yoluna temiz merd yaşamağa çağırırdı. Durub Haci Şahin üzerinden prim yiğmiyin.

  • Məcid Mirzəyev

    Hacı Şahin milyonların sevimlisinə çevrildi. O dahi idi insanları ədalətə vətənpərvərliyə düz yola yönəldirdi. Qaldı ki şiəliklə bağlı onu deyə bilərəm ki dahilərdən biri demişdir ki,sitat ,,İncilin,Tövratın bəxti onda gətirmədi ki Qurani Kərimin İmam Hüseyn əleyhissəlam kimi bir qəhrəmanı olmadı" sitatın sonu.

  • Bilal İsmayılov

    "Əhməd bəy Ağaoğlu xatirələrində göstərir ki, təhsilində anasının və əmisinin böyük rolu olub. Əmisi Mirzə Məmməd Əhməd bəyin müctəhid olmasını istəyərək ona 6 yaşından fars və ərəb dilləri üzrə müəllimlər tutur. İlk dövrlər məhəllə məktəbində təhsil alan Ağaoğlu anasının təşəbbüsü ilə gizlincə rusca dərslər də alır. Anasının dindar olmasına baxmayaraq axundlardan, mollalardan xoşu gəlmədiyini yazan Əhməd bəy Ağaoğlu anasının bu görüşlərinin onun təhsilinin istiqamətini Nəcəfdən, Kərbəladan Peterburqa, Parisə, doğru dəyişdiyini yazır." (Səməd Ağaoğlu. Babamdan Hatıralar (PDF). Ankara: Zerbamat nəşriyyat evi. 1940. səh. 68) Özünün də dediyi kimi, "axundlardan və mollalardan xoşu gəlməyən" birinin əlbəttə ki, şiəlik haqqında mənfi fikirdə olması təbiidir. Ancaq "alim" adlandırılan birinin şiəlik haqqlnda iftira və cəfəngiyyatları əndazəni tamamilə aşır. Birincisi, şiəliyin irana heç bir aidiyyatı yoxdur. İkincisi, hər bir şiə iranlı deyil. Üçüncüsü, yüzlərlə və hətta minlərlə şiə var ki, umumiyyətlə Kavə haqqında heç bir məlumatı yoxdur. Bütün bunlar tam cəfəngiyyatdır. Təhsil eksperti adlanan Etibar Əliyevin də, bu "alim" adlanan adamın iftiralarını heç bir araşdırma aparmadan dəlil kimi göstərməsi, onun özünün də ekspert olmasını şübhə altına alır.

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar