Azərbaycan Dövlət Akademik Filarmoniyasında Təyyar Bayramovun 50 illik yubileyinə həsr olunan konsert zamanı yaranan vəziyyət tamaşaçıların narazılığına səbəb olub.
"Bakupost" xəbər verir ki, konsert zamanı Filarmoniyanın ikinci mərtəbəsində "amfiteatr" adı ilə əlavə stullar yerləşdirilib. Lakin həmin yerlərdə əyləşən tamaşaçılar səhnəni görə bilməyiblər.
Tamaşaçılar oturacaqların səhnəni görmək imkanları nəzərə alınmadan yerləşdirilməsinə narazılıqlarını bildiriblər.
Lalə, BakuPost