Ru
16:40 / 17 Fevral 2026

Gəlin, Binəqədini ərəblərə sataq: “Onsuz da buranın yiyəsi yoxdur” - VİDEO

Gəlin, Binəqədini ərəblərə sataq: “Onsuz da buranın yiyəsi yoxdur” - VİDEO
Eye

Binəqədi qəsəbəsinin mərkəzində kanalizasiya sularının daşması uzun illərdir sakinləri narahat edir.

Bakupost.az-a müraciət edən qəsəbə sakinləri bildiriblər ki, əsas meydanda kanalizasiya xətlərinin pozulması nəticəsində çirkab suları küçələrə axır. Beləcə həm hərəkət çətinləşir, həm də ətrafa kəskin üfunət qoxusu yayılır.

Şikayətçilərdən biri bildirib ki, problem məhz qəsəbənin mərkəzi və intensiv istifadə olunan hissəsində yaşanır:

“Bura qəsəbənin mərkəzidir. İllərdir bu vəziyyət davam edir, yol heç vaxt qurumur. Kanalizasiya suları küçələrə axır, əraziyə ağır qoxu yayılır. Məscidə gedən yol da bu vəziyyətdədir. Avtobuslar və avtomobillər keçərkən çirkab sular insanların üzərinə sıçrayır. Bütün lyuklar daşır, vəziyyət çox acınacaqlıdır”.

Sakinin sözlərinə görə, kanalizasiya suları hətta məktəbə gedən yola qədər yayılır ki, bu da xüsusilə uşaqlar üçün çətinlik yaradır.

“Dövlət Su Ehtiyatları Agentliyi, kanalizasiya sistemlərinə cavabdeh qurumlar, bələdiyyə, icra... kimsə buna artıq “yox” deməlidir. Bura hansısa ucqar kənd deyil, millətin “Bakı, Bakı!” deyib axışmaq istədiyi yerdir. Bütün lyuklar daşır. Hansı qurum cavabdehdirsə, gəlsin, yiyəlik etsin. Belə olmaz. Bura mərkəzdir. Mən heç hansısa dar və ya iç məhəllədən belə danışmıram. Bura qəsəbənin simasıdır. Sahibi varsa, gəlib bura yiyəlik etsin. Yoxdursa, sataq buraları ərəbə, hindusa… Kanalizasiya suları sel, çay kimidir...”.

Binəqədi İcra Hakimiyyətindən Bakupost.az -ın sorğusuna cavab olaraq bildirildi ki, məsələ ilə bağlı aidiyyəti üzrə rayon sukanal idarəsinə müraciət edilib.

Lalə Novruz, BakuPost



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar