Gəncə şəhərində əvvəllər dəfələrlə narkotiklərin qanunsuz dövriyyəsinə görə məhkum olunmuş 1999-cu il təvəllüdlü Namədin Əliyev cinayət məsuliyyətdən yayınmaq üçün intihara cəhd edib.
Bakupost.az -ın məlumatına görə, ailə üzvlərinin müraciəti əsasında barəsində aparılan araşdırmanın dayandırılması məqsədilə törədiyi əməllərə görə elektron qolbaq daşıyan N.Əliyev mayın 21-də şəhər ərazisində narkotik vasitənin təsiri altında üzərinə yandırıcı maye tökərək ailə üzvlərinin şikayətlərinin geri götürmələrini tələb edib, onlara qarşı iddialar səsləndirib.
Ətrafda olan şəxslərin köməyi ilə intihar cəhdin qarşısı alınıb və o, xəstəxanaya yerləşdirilib. Mayın 25-də göstərilən tibbi müdaxilələrə baxmayaraq, xəstəxanada ölüb.
Məlumatı DİN-in Mətbuat Xidmətinin regional qrupundan təsdiqləyiblər.