Ru
09:49 / 25 Yanvar 2022

Gənclərin gec evlənməsinin səbəbi sosial problemlərdir - Fazil Mustafa

2047
“Azərbaycanda nikaha daxil olma yaşının artmasına səbəb sosial problemlərdir. Maddi imkansızlıq, mənzilin olmaması, işsizlık gənclərin gec yaşda ailə qurması səbəb olur”.

Bunu Bakupost.az -a açıqlamasında millət vəkili Fazil Mustafa deyib.


Millət vəkili bildirib ki, indi gənc yaşda ailə quranlar əsasən, maddi imkanı yaxşı olan ailənin uşaqları və valideynlərindən maliyyə dəstəyi görən insanlardır. Gec yaşda ailə quranlar isə maddi imkanı aşağı olan, stabil iş yeri, yaşamaq üçün mənzili olmayan insanlardır:


“Gənclər müəyyən yaşa çatandan sonra evlənmək istəyir. Ancaq maddi imkansızlıq, işsizlik buna mane olur. İş tapıb çalışmağa, özünə şərait qurmağa çalışır və bu zamanda gəlib 30-35 yaşına çatır. Gənclərin sosial problemləri həll olunmalıdır ki, onlar da vaxtında ailə qura bilsin”.

Sevinc
BakuPost
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər