Ru
10:27 / 26 Yanvar 2023

Gömrük Komitəsinin 3 idarəsində əməliyyat keçirildi - SAXLANILANLAR VAR

10394
Dövlət Gömrük Komitəsində daha bir böyük əməliyyat keçirilib.

Bakupost.az xəbər verir ki, dünən Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən komitənin Şimal ərazi Baş gömrük İdarəsində, Cənub ərazi Baş Gömrük İdarəsində və Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində anti-korrupsiya əməliyyatı baş tutub.

Əməliyyatlar zamanı hər üç idarədən bir nəfər inspektor saxlanılıb.

Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində əməliyyat yekunlaşıb, digər iki idarədə isə baş verən qanun pozuntuları ilə bağlı araşdırma davam edir.

Prokurorluğun Mətbuat Xidmətindən Bakupost.az -a təsdiq ediblər.

Qeyd olunub ki, əməliyyat barədə əlavə məlumat veriləcək.

Elnur
BakuPost


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər