Ru
13:19 / 25 İyul 2022

Yeni təyin edilən başçılar kimlərdir? - DOSYE

17897

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Elvin Nazim oğlu Paşayev Göygöl Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.



Bakupost.az xəbər verir ki, E. Paşayev bu təyinata qədər yüksək vəzifələrdə çalışıb.





2020 ci il iyunun 23-də İlham Əliyevin "Dövlət qulluqçularının təltif edilməsi haqqında" Sərəncamının siyahısında E. Paşayev də olub.


O zaman Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbərinin müavini vəzifəsində çalışan E. Paşayev “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.


E.Paşayev 20 ilə yaxın iş təcrübəsi dövründə Əmək və Əhalininin Sosial Müdafiəsi Nazirliyində kadrlar şöbəsinin sektor müdiri, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində İnsan resursları və təlim şöbəsinin müdiri vəzifələrində çalışıb. Bununla yanaşı E.Paşayev Dünya Bankı və Avropa Birliyinin layihələrində məsləhətçi-ekspert kimi çalışıb. Azərbaycan İnsan Resursları Assosiasiyası İctimai Birliyinin (AİRA) təsisçilərinən biridir.


Azərbaycan Milli Elmlər Akademiyasının doktorantıdır.
Ailəlidir.



Lerikə təyin edilən digər yeni başçı isə Əkbər Bəxtiyar oğlu Abbasovdur.



1988-ci il təvəllüdlü olan Ə.Abbasov Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavriat, Avropa London Biznes Məktəbində Maliyyə menecmenti ixtisası üzrə magistratura, Azərbaycan Milli Elmlər Akademiyasında Texnoloji İnnovasiyalar İqtisadiyyatı ixtisası üzrə aspirantura/doktorantura təhsili alıb.



Ə. Abbasov da Kənd Təsərrüfatı Nazirliyində çalışıb.

O, nazirliyin Aqrar Elm və İnnovasiya Mərkəzində direktor vəzifəsində işləyib.


Aygün
BakuPost

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
  • t.ədalət

    Yeni təyinolunanlar kənd təsərrüfatı nazirliyindən gəliblərsə,deməli,ermənistanlıdırlar.Çünki k/təsərrüfatı nazirliyində başqa regiondan olsanlar işə götürülmür.Regionçuluq xəstəliyi gec-tez Azərbaycanda etiraz doğuracaq.

  • Vətəndaş

    1988-ci ild'ə anadan olan 6n yaşında məktəbə gedə,16 yaşında məktəi bitirib universitetə daxil ola bilər.20 yaşında universiteti bitirər.sonra 3-4 il Londonda hansısa universitetdə təhsil ala bilər.Bu oldu 24 yaş,Hələ iş təcrübəsi olmayıb.Bundan sonra Akademiyada aspirantura!bu da 4 il.Deməli bu adamın 28 yaşına qədər heç bir yerdə əmək fəaliyyəti olmayıb.Bəs bu nə zaman göstərilən məsul işlərdə neçə il və necə çalışıb?Bu yalan yazı olduğunu təsdiq etmirmi? İkinci tərəfdən eyni sözləri Paşayeb barədə də söyləmək olar.Yəqin Paşayev o Paşayevlərin adamıır.NBu hoqqabazlıqlar nə qədər davam edəcək?

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər