Ru
17:45 / 24 May 2024

Güllələnən baş nazirdən xəbər var

Güllələnən baş nazirdən xəbər var
2258

Sui-qəsdə məruz qalan Slovakiyanın baş naziri Robert Fitsonun səhhətii ilə bağlı yeni açıqlama verilib.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, Ruzvelt Xəstəxanasının rəhbərliyi Robert Fitsonun səhhətində irəliləyiş olduğunu bildirib.

Mayın 15-də sui-qəsdə məruz qalan baş nazirin vəziyyəti stabil qiymətləndirilir.

Qeyd edək ki, baş nazir Robert Fitso paytaxt Bratislavadan təxminən 200 kilometr məsafədə, Handlova qəsəbəsində keçirilən Nazirlər Şurasının iclasından sonra binanın qarşısında gözləyənləri salamlayarkən hücuma məruz qalıb.

Ölkə mətbuatında hücumu 71 yaşlı yazışı Juraj Cintulanın təşkil etdiyi bildirilib.



Vasif
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar