Ru
11:32 / 29 Aprel 2024

Gürcüstanı qarışdıran "xarici agentlər"... - Zərdüşt Əlizadənin şərhi

1853
"Gürcüstanda qəbul edilməkdə olan “xarici agentlər” haqda qanun layihəsinə görə etiraz aksiyaları səngimək bilmir. Bunu “ABŞ variantı” adlandıranlar da var".



Politoloq Zərdüşt Əlizadə Bakupost.az -a son vaxtlar Gürcüstanda ardı-arası kəsilməyən etiraz aksiyaları haqda danışarkən belə deyib.

O, sözügedən qanun layihəsinə Gürcüstan cəmiyyətinin etiraz etməsinin səbəblərini belə izah edib:

“Xarici agentlərlə bağlı ABŞ variantının məqsədi o idi ki, yüksəlməkdə olan kommunizm, nasizm təhlükəsinin qarşısını alsın. Amerikada kommunist və nasist partiyası var idi. Bu partiyalar nasist Almaniyası və Sofet İttigaqından dəstək alırdılar. Amerikada olan işsizlik, aclıq, cinayətkarlıq fonunda bu iki ideologiya sürətlə yüksəlirdi. Xarici təsirin qarşısını almaq üçün kapitalist Amerika qanun layihəsi hazırladı. Qanun layihəsinin təsiri 40-cı illərin sonu-50-ci illərin əvvəllərində Cozef Makkartinın apardığı Makkarti komissiyasının dinləmələrində özünü büruzə verdi. Bu, on minlərlə amerikalının işdən çıxarılması və bəzən həbs edilməsiylə nəticələndi”.
Politoloq bir müddət əvvəl Rusiyada qəbul edilən xarici agentlər qanunu haqda da danışıb:

“Putin görəndə ki, özünün qurduğu siyasi, iqtisadi sistem səmərəsizdi, Qərbin liberal dəyərlərinə qarşı uduzur, Amerikanın qanununu götürüb öz ölkəsində tətbiq etdi. İlk dövrlərdə bu qanun özünü o qədər də büruzə vermirdi. Lakin Putin üsul- idarəsinin böhranı dərinləşdikcə, bu qanundan fərqli fikir söyləyən insanlara, xüsusən jurnalistlərə, siyasi xadimlərə, ədəbiyyat və mədəniyyət işçilərinə qarşı istifadə etməyə başladılar".




Politoloqun sözlərinə görə, Gürcüstan da buna bənzər qanun layihəsi qəbul etmək istəyir:

“Deyilənə görə, bu qanun layihəsi Rusiyadakı qanuna nisbətən xeyli yumşaqdır. Sadəcə, "xarici agent" adını qoyacaqlar və maliyyə mənbələrinin 20 faizdən çoxu xaricdən olan təşkilatlara qarşı tətbiq olunacaq. Yəni, bu təşkilatlar "xarici agent" adlandırılacaqlar. Gürcüstan kasıb ölkədir, onun vətəndaş cəmiyyətinin böyük əksəriyyəti xaricdən maliyyələşir. Xaric də bu pulu onlar hökuməti devirsinlər deyə yox, insan hüquqlarının təminatı uğrunda mübarizə aparmaları üçün verir. İndi onlar çox gözəl anlayırlar ki, bu qanun birinci addımdır və yavaş-yavaş onu sərtləşdirəcəklər, sonra da vətəndaş cəmiyyətini xarici mənbələrdən məhrum edəcəklər. Ona görə də gürcülər çıxıb etiraz edirlər”.



Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər